Ermənistanın ticarət dövriyyəsində Rusiya birinci yerdədir - Overçuk

 15:48 29.01.2024     249

2022-ci ildə Ermənistanın ÜDM-i 12,6% artıb, 2024-cü il üçün proqnoz da optimistdir - bütün Avrasiya İqtisadi İttifaqı üzrə ÜDM artımı 2,5%-dən çoxdur.

Redaktor.az xəbər verir ki, bunu “Ekspert” jurnalına müsahibəsində Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib.

“Bəli, 2022-ci ildə Ermənistanda ÜDM 12,6%, Qırğızıstanda isə 6,3% artıb. 2023-cü ildə bütün beş ölkədə yaxşı ÜDM dinamikası müşahidə olunub. 2024-cü il üçün proqnoz da optimistdir - bütün birlik üzrə 2,5%-dən yuxarıdır”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, gömrük və digər maneələrin olmaması və ümumi əmək bazarı Ermənistanın investisiya potensialının üzə çıxarılmasına kömək edir.

“2023-cü ilin 11 ayının nəticələrinə əsasən, Rusiya Ermənistanın ticarət dövriyyəsində birinci yerdədir və Qazaxıstan və Qırğızıstanla ticarətdə daim Çinlə birincilik uğrunda yarışır”, - o vurğulayıb.

NƏRGİZ