“Azərbaycanda “Yaşıl kredit”in verilməsi üçün işlərə başlanılıb”

 12:17 31.01.2024     257

“Azərbaycanda “Yaşıl kredit”in verilməsi üçün işlərə başlanılıb”.

Redaktor.az xəbər verir ki, bunu faiz dəhlizinin parametrlərinə həsr olunan mətbuat konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib.

O qeyd edib ki, burada tənzimləmə sahəsində də işlər görülməlidir: “COP29-un Azərbaycanda keçirilməsini nəzərə alsaq, dayanıqlı maliyyə sektoru ilə bağlı yeniliklər olacaq. Artıq bununla bağlı yol xəritəsi hazırlanıb. Həmçinin biznes mühitində də istəklərin olması vacibdir”.