Rusiya taxta-şalbanının xaricə satışı azaldı

 10:27 02.02.2024     308

Rusiyanın taxta-şalban ixracı Avropanın mövqeyinə görə 10 faiz azalıb.

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, 2023-cü ildə Rusiya taxta-şalbanının xaricə ixracı 2022-ci illə müqayisədə 10 faiz azalaraq 20,7 milyon kubmetr olub.

Bu azalmanın səbəbi Avropa ölkələrinin alışdan tədricən imtina etməsi və ixracda payının 2021-ci ildəki 76 faizdən 98 faizə yüksələn məhsulların demək olar ki, tamamilə Asiyaya keçməsi olub.

Humay İSGƏNDƏRLİ