Çin fond bazarı enişini sürətləndirib

 16:35 02.02.2024     259

Çin şirkətlərinin səhmləri son bir həftədə enişini sürətləndirib.

Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, Şanxay Kompozit İndeksi son beş ilin ən pis göstəricisini göstərib.

Cümə günü 1,5 faiz, həftənin sonunda isə eniş 6,2 faiz təşkil edib - bu, 2018-ci ilin oktyabrından bəri ən pis nəticədir. Çinin əsas CSI 300 indeksi 2019-cu ilin yanvar ayından bu yana yeni minimumu vuraraq 1,2 faiz aşağı olub.

"First Seafront Fund Management"in baş iqtisadçısı Yan Delong vurğulayıb ki, bazarda eniş tendensiyası yalnız güclənir və “qartopu” xarakteri alır. Dövlət investorları çöküşü dayandırmağa çalışırlar, məsələn, Mərkəzi Huijin fondu ilə əlaqəli birja fondları ticarətin son saatlarında səhmləri aktiv şəkildə alıblar.

"Morgan Stanley"in analitikləri hökumətin stimullaşdırılması ilə bağlı həyəcanın qısa müddətli olduğunu və iqtisadi məlumatların bədbinliyi dəstəkləməyə davam etdiyini vurğulayırlar.

Bundan öncə bildirilmişdi ki, Çin hakimiyyəti ucuzlaşan fond bazarını sabitləşdirmək üçün hərəkətə keçir və sabitləşdirmə fondu yaratmaq üçün əsasən dövlət müəssisələrinin ofşor hesablarından təxminən 2 trilyon yuanı (278 milyard ABŞ dolları) “səfərbər etməyə” çalışır.

NƏRGİZ