Rusiya taxta-şalbanı ən çox bu ölkələrə satır
2023-cü ildə Rusiyadan taxta-şalban ixracı əvvəlki illə müqayisədə 10 faiz aşağı düşərək 20,7 milyon kubmetr təşkil edib. Ən iri idxalatçıların onluğuna Azərbaycan (516 min kubmetr), Tacikistan (482 min kubmetr), Qırğızıstan (417 min kubmetr), İran (392 min kubmetr), Cənubi Koreya (340 min kubmetr), Yaponiya (337 min kubmetr), Honkonq (283 min kubmetr) və s. daxildir.
Redaktor.az bu barədə “Roslesinforq”un ( Rusiya Federasiyasının Federal Meşə Təsərrüfatı Agentliyi - “Roslesxoz”un meşə uçotu müəssisəsi) mətbuat xidmətinə istinadla xəbər verir.
Əvvəlki kimi, əsas idxalçı Çindir. Bu ölkəyə Rusiyadan 2023-cü ildə təxminən 13 milyon kubmetr taxta-şalban göndərilib (göstərici 2022-ci il səviyyəsində qalıb). Siyahıda sonrakı yerdə Özbəkistandır – 2 milyon kubmetrdən çox, artım 8 faizdir. Üçlüyü Qazaxıstan qapayır: 926 min kubmetr, bu da 2022-ci illə müqayisədə 17 faiz çoxdur.
Bununla belə, Azərbaycan Rusiyadan taxta-şalban idxalını 21 faiz azaldıb.
Ümumilikdə, ötən il Rusiyanın taxta-şalban məmulatı 51 ölkəyə göndərilib.
2022-ci ildə Rusiyanın taxta-şalban ixracı 23 milyon kubmetr təşkil edib. O vaxt Rusiyanın ən iri emal olunmuş ağac idxalatçılarının onluğuna Çin, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Estoniya, Tacikistan, Yaponiya, Sinqapur, İran, Finlandiya daxil idi.