Türkiyədə illik inflyasiya AÇIQLANDI

 11:35 05.02.2024     151

Türkiyə Statistika Təşkilatı (TÜİK) ilin ilk inflyasiya məlumatlarını açıqlayıb.

Redaktor.az xəbər verir ki, TÜİK-in məlumatına görə, yanvar inflyasiyası 6,70 faiz, illik inflyasiya isə 64,86 faiz artıb.

Müstəqil İnflyasiya Araşdırma Qrupu (ENAG) isə aylıq göstəricinin 9,38, illik göstəricinin 129,11 olduğunu açıqlayıb.

TÜİK-in məlumatına görə, 12 aylıq orta inflyasiya 54,72 faiz olub. Yanvar ayında 2023-cü ilin eyni ayına nisbətən ən az artım göstərən əsas qrup yüzdə 40,62 ilə geyim və ayaqqabı, ən çox artım göstərən əsas qrup isə yüzdə 92,27 ilə restoran və otellər olub. Əsas xərc qrupları üzrə yanvar ayında əvvəlki ayla müqayisədə ən az artım müşahidə olunan əsas qrup -1,61 faizlə geyim və ayaqqabı, ən çox artım göstərən əsas qrup isə 17,68 faizlə səhiyyə olub.

ENAG-ın məlumatına görə, ötən ay sağlamlıq qrupunda qiymət dəyişikliyi baş verməyib. Ən yüksək qiymət artımı yüzdə 16,42 ilə geyim və ayaqqabıda olub.