“Meqa Sığorta” ASA-nın Müşahidə Şurasının üzvü seçilib

 13:16 05.02.2024     261

"Azərbaycan Sığortaçılar Assosiasiyası" İctimai Birliyindən (ASA) verilən məlumata görə, İctimai Birliyin Təsisçilərinin Ümumi Yığıncağı keçirilib və namizədliyi irəli sürülən "Meqa Sığorta" ASC-nin üzvlüyü səsverməyə çıxarılıb. Şirkət ASA-nın təsisçiləri tərəfindən yekdilliklə dəstəklənərək Birliyin Müşahidə Şurasının üzvü seçilib.

Qeyd edək ki, "Azərbaycan Sığortaçılar Assosiasiyası" İctimai Birliyinin Müşahidə Şurasında 9 sığorta şirkəti təmsil olunur. Bunlar “PAŞA Sığorta” ASC, PAŞA Həyat Sığorta” ASC, Qala Sığorta” ASC, “Atəşgah” Sığorta Şirkəti ASC, "Meqa Sığorta" ASC, “A-Qroup Sığorta Şirkəti” ASC, “AzRe Təkrarsığorta” ASC, “AzSığorta” ASC və “İpək Yolu Sığorta” ASC-dir.