Şəmsi Səmədzadə biznesini bu ölkəyə daşıyıb
İş adamı Şəmsi Səmədzadə Azərbaycanı tərk edib.
Redaktor.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, o, bir müddətdir Özbəkistana köçüb.
Hazırda onun Özbəkistanın paytaxtı Daşkənddə biznes fəaliyyəti ilə məşğul olduğu bildirilir.
Xatırladaq ki, Ş.Səmədzadə 2000-ci ildə ömürlük azadlıqdan məhrum edilmişdi. O, 2022-ci ildə isə əfv olunaraq azadlığa buraxılıb. İş adamı ötən il sosial şəbəkələrdə barəsində yayılan video ilə gündəmə gəlib.