Ölkədə dollara tələb niyə artıb? - Mərkəzi Bankdan AÇIQLAMA

 13:24 14.02.2024     355

Azərbaycan Mərkəzi Bankı (AMB) fevralın 13-də keçirilmiş valyuta hərracında bankların tələbinin rekord həddə - 151,1 milyon ABŞ dollarına çatmasına münasibət bildirib.

Redaktor.az xəbər verir ki, qurumdan trend-ə bildirilib ki, tələbin artması mövsümi xarakter daşıyır.

"Bu, əsasən bir sıra dövlət layihələrinin icrası və özəl sektorun idxal tələbi (o cümlədən ərzaq və kənd təsərrüfatı məhsulları) ilə bağlıdır. 2024-cü ilin ötən dövründə valyuta hərraclarının 55 %-də təklif tələbi üstələyib. Valyuta bazarı profisitli tədiyə balansı şəraitində fəaliyyət göstərir. Bu meyillərin davam etməsi halında 2024-cü ilin sonuna da cari əməliyyatlar hesabının profisitli olacağı gözlənilir", - açıqlamada qeyd olunub.