Ekspertdən nazirliyə sərt REAKSİYA: "Əvvəlcə deyin görək..."
"İqtisadiyyat Nazirliyi, Dövlət Vergi Xidməti açıqlama verib ki, ölkədə yeni Vergi Məcəclləsi hazırlanır. Maraqlıdır, bu qurumların ölkəyə hansı vergi sistemini gətirmək fikirləri var? Əgər yenidən Vergi Məcəlləsi yazacaqdılarsa, nədən son illər bu məcəlləyə yüzlərlə yerli-yersiz dəyişikliklər etdilər?"
Redaktor.az xəbər verir ki, bu sözləri tanınmış iqtisadçı Natiq Cəfərli özünün feysbuk hesabında yeni hazırlanan Vergi Məcəlləsi barədə paylaşımında qeyd edib.
"Özü də Dövlət Vergi Xidmətinin nümayəndəsi deyib ki, xarici məsləhət şirkətləri ilə işləyirlər. Lap yaxşı, amma əvvəl iş adamları, kiçik-orta sahibkarlarla işləsinlər, görüşsünlər, fikirlərini, dərdlərini alsınlar. Çünki xarici məsləhətçi məsələlərə “üfüqi xəttlə” baxır, dərinliyi bilmir. Bizə isə “şaquli” baxış lazımdır, sadə, cəmi 30-40 maddəlik məcəlləyə ehtiyac var. Lakin əvvəlcə deyin görək, siz, ümumiyyətlə, nə istəyirsiz, hansı sistemlərə üstünlük verirsiz?! Özü də xarici məsləhətçilərin ölkəmizə ürəyi yanmır, bu işə qonorar kimi baxır – belə yanaşma ilə heç nə dəyişməz",- deyə o əlavə edib.
Sultan Ayxan