Azərbaycanda məşhur MTK ləğv edildi

 10:14 26.02.2024     497

Azərbaycanda məşhur mənzil-tikinti kooperativi (MTK) ləğv edilib.

Redaktor.az iqtisadiyyat.az-a istinadən  xəbər verir ki, söhbət "Park Azure" MTK-dan gedir.

Belə ki, MTK ləğv olunduğunu elan edib.

Qeyd edək ki, "Park Azure" MTK "Yeni Həyat Şirkətlər” Qrupuna daxil olub. MTK 2012-ci ildə dövlət qeydiyyatına alınıb.

Şirkətin qanuni təmsilçisi Səlimov Rüfət Nəcəf oğludur.