"Meqa Sığorta" ASC-nin Cənub filialı yeni ünvanda!

 09:57 27.02.2024     251

Müştərilərə göstərilən xidmət səviyyəsinin inkişafı istiqamətində hər zaman yeniliklər edən "Meqa Sığorta" ASC-nin Cənub filialı artıq yeni ünvanda fəaliyyət göstərəcək.
Yenilənmiş filial müştərilərə sığorta məhsullarının əlçatanlığını təmin etmək və yüksək səviyyədə keyfiyyətli xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir.
"Meqa Sığorta" ASC–nin Cənub filialı Lənkəran şəhəri, Akademik Zərifə Əliyeva küçəsi 96A ünvanında fəaliyyət göstərəcək.