Tanınmış iqtisadçıya vəzifə verildi

 11:25 08.03.2024     1174

İqtisadçı-analitik, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın sədri, professor Elşad Məmmədov Azərbaycan Texniki Universitetində yeni yaradılan "İnnovativ İqtisadi Araşdırmalar Mərkəzi”nə rəhbər təyin edilib.

Redaktor.az xəbər verir ki, yeni yaradılan mərkəzlə bağlı valyuta.az-a açıqlama verən Elṣad Məmmədovun sözlərinə görə, mərkəzin yaradılmasında əsas məqsəd bölgədə və dünyada baş verən iqtisadi dəyiṣikliklərin tədqiqi, təhlili və proqnozlaşdırılmasının effektiv və innovativ şəkildə  həyata keçiriməsidir. "Hazırda iqtisad elminin, müvafiq elmi yanaşmaların, analitik materialların keyfiyyətinin  yüksəldilməsi zəruridir. Regionda və dünyada mürəkkəbləşən iqtisadi proseslərin  təhlilində bu analitik mərkəzin mühüm rol oynayacağına ümid edirəm”

Qeyd edək ki, "İnnovativ İqtisadi Araşdırmalar Mərkəzi” Elm və Təhsil Nazirliyi və Texniki Universitet tərəfindən təsis edilib.