Azərbaycanda qiymət izləmə tədbirləri sistemi yaradılıb - Baş nazir

 11:36 15.03.2024     615

“Ölkədə verilən qərarlar infilyasiya təzyiqini yumşaldıb”.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov  deyib.

“Orta illik infilyasiya birrəqəmli səviyyəyə düşüb. Qiymət izləmə tədbirləri sistemi yaradılıb”, - deyə o bildirib.

Baş nazir qeyd edib ki, 12 şəhər və rayonlarında qəzalı binaların sökülərək yeni binaların tikintisinə 44,7 mln. manat vəsait ayrılıb:

“Bakı, Gəncə və Sumqayıt kimi iri şəhərlərdə ən təhlükəli vəziyyətdə olan 69 bina ilə bağlı tədbirlərin həyata keçirilməsi üçün 50 milyon manat vəsait ayrılıb. Növbəti 3 il də bu istiqamətdə işlər davam etdiriləcək”.

Humay İSGƏNDƏRLİ