“Brent” neftin qiyməti 90 dollara çatdı

 10:09 04.04.2024     345

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin may müqaviləsinin dəyəri 0,29% artaraq 1 barelə görə 89,61 ABŞ dolları təşkil edib.

Redaktor.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin mayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0,28% artaraq 85,67 ABŞ dolları təşkil edib.