"Azərbaycan vasitəsilə Avropaya elektrik enerjisinin ixracı üzrə layihə hazırlanacaq"
Azərbaycan ərazisi vasitəsilə Mərkəzi Asiya ölkələrindən Avropaya elektrik enerjisinin ixracı imkanları üzrə texniki-iqtisadi əsaslandırılmanın hazırlanmasına bu il ərzində başlanılacaq.
Redaktor.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında energetika nazirinin müavini Elnur Soltanov bildirib.
O qeyd edib ki, layihə çərçivəsində qeyd olunan işlərin həyata keçirilməsi üçün şirkətin cəlb olunması üzrə texniki şərt artıq hazırdır.