"Rabitəbank" I rüb üzrə maliyyə göstəricilərini açıqladı

 16:01 17.04.2024     493

"Rabitəbank" ASC 2024-cü ilin I rübünün nəticələrinə əsasən bütün göstəricilər üzrə dinamik artıma nail olub.

Belə ki, Bank rübü 4 milyon 313 min manat xalis mənfəətlə başa vurulub.

Bank aktivlərini ötən ilin müvafiq dövrü ilə müqayisədə 17 % artıraraq 1 milyard 80 milyon manata çatdırıb.

Hesabata əsasən 2023-cü ilin eyni dövrü ilə müqayisədə bankın kredit portfeli 13 % artaraq 717 milyon 380 min manat təşkil edib. Belə ki, istehlak kreditləri 14 % artaraq 245 milyon 847 min manat, biznes kreditləri portfeli 6 % artaraq 329 milyon 761 min manat, daşınmaz əmlak kreditləri portfeli isə 35 % artaraq 141 milyon 773 min manat olub.

Rüb ərzində "Rabitəbank"ın faiz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 31 % artaraq 26 milyon 680 min manat, qeyri-faiz gəlirləri isə 29 % artaraq 13 milyon 667 min manat təşkil edib.

Son 1 ildə Bankda müştəri depozitləri 24 % artaraq 679 milyon 434 min manata çatıb. Belə ki, fiziki şəxslərin depozitləri 39 % artaraq 450 milyon 693 min manat, hüquqi şəxslərin depozitləri isə 2 % artaraq 228 milyon 741 min manat olub.

Ötən ilin eyni dövrü ilə müqayisədə "Rabitəbank"ın məcmu kapitalı 11 % artaraq 115 milyon 796 min manat təşkil edib.

"Rabitəbank" 16 region və Bakı şəhəri üzrə ümumilikdə 28 xidmət məntəqəsi, 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "RabitaBot" çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.