"Büdcəyə zərərdən əlavə, digər maliyyə pozuntuları da qeydə alınıb" - Vüqar Gülməmmədov

 12:51 19.04.2024     355

"Hesablama Palatasının audit və analitik fəaliyyət üzrə dövlət maliyyəsinin idarəedilməsində ümumi nöqsan məbləği 1 milyard 971,9 milyon manat müəyyən edilib".

Redaktor.az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin bugünkü iclasında Palatanın 2023-cü ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deyib.

V.Gülməmmədov ümumi nöqsan məbləğini bir neçə qrupda təsnifləşdirib:

"İlk qrup büdcə zərərdir. Hesablama Palatasının Kollegiyası tərəfindən büdcəyə zərərin 103,2 milyon manat olduğu hesablanıb. Bu məbləğ - artıq və əsassız xərclər, görülməmiş iş və xidmətlər, alınmamış mallar, hesablanmamış və ödənilməmiş vergilər, ilkin təsdiqedici xərc sənədlərinin saxtalaşdırılması, dövlət satınalmalarındakı müxtəlif xarakterli qanunsuzluqlar və büdcə vəsaitlərinin düzgün idarəedilməməsidən ibarətdir. Nəzarət tədbirləri ilə büdcəyə zərərdən əlavə, digər maliyyə pozuntuları da qeydə alınıb ki, bu pozuntuların məbləği 459,3 milyon manata bərabər olub. Növbəti qrup maliyyə hesabatlarındakı təhriflərlə bağlıdır ki, bu da 1 milyard 252,5 milyon manat həcmindədir. Sonuncu qrupa səmərəsiz xərcləri aid edilib. Hazırda ölkə qanunvericiliyində bu anlayışa rast gəlinmir".

Humay İSGƏNDƏRLİ