Neftimiz bahalaşdı
![](https://img.redaktor.az/news/2024/04/photo_239199.jpg?v=MDM6MzIyMDI0LTA0LTI3IDEwOjU0OjE0)
Dünya bazarında Azərbaycan nefti bahalaşıb.
Redaktor.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,78 dollar və ya 2 faiz artaraq 90,68 dollar olub.
Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.