Azərbaycan bu məhsulun idxalını azaldıb

 13:26 11.05.2024     408

Bu ilin yanvar-aprel aylarında Türkiyədən Azərbaycana 934 min ABŞ dolları dəyərində zeytun və zeytun yağı ixrac olunub.

Redaktor.az xəbər verir ki, bu, ötən ilin müvafiq dövrünə nisbətən 5,1 % azdır.

Həmçinin 2024-cü ilin aprel ayında Türkiyədən ölkəmizə 125 min ABŞ dolları dəyərində zeytun və zeytun yağı gətirilib ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 70,3 % azalma deməkdir.