Azərbaycan xaricdən 10 milyard dollar borc almaq istəyir

 11:45 23.05.2024     460

Azərbaycanın xarici dövlət borcunun 10 milyard ABŞ dolları artırılması imkanları nəzərdən keçirilir.

Redaktor.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.

Xatırladaq ki, bu il aprelin 1-nə ölkənin xarici dövlət borcu 5 milyard 507,3 milyon ABŞ dolları ekvivalentində olub.