Bu universitetdə “Kapital Bank otağı" istifadəyə verildi

 11:26 24.05.2024     397

Mayın 23-də Bakı Mühəndislik Universiteti (BMU) və "Kapital Bank" ASC arasında memorandum imzalandı və yeni strateji əməkdaşlığın əsası qoyuldu.

Mərasimdə "Kapital Bank"ın İdarə Heyətinin sədri, Baş icraçı direktoru Fərid Hüseynov, BMU-nun rektoru Yaqub Piriyev və hər iki qurumun nümayəndələri iştirak etdilər.

Tədbirdə çıxış edən F.Hüseynov bildirdi: “Bu gün imzaladığımız memorandum, Kapital Bank və Bakı Mühəndislik Universiteti arasında daha sıx və uğurlu əməkdaşlığın başlanğıcıdır. Biz inanırıq ki, hər iki tərəfin strateji inkişaf planına uyğun olan bu əməkdaşlıq həm universitet, həm də bank üçün yeni imkanlar yaradacaq və uzunmüddətli, faydalı münasibətlərin inkişafına töhfə verəcək”.

Y.Priyev isə çıxışında bu əməkdaşlıq sayəsində tələbələrin praktiki biliklər əldə edəcəyini, gələcək karyeraları üçün vacib təcrübələr qazanacağını, eləcə də iş dünyasına daha hazırlıqlı şəkildə atılacaqlarını vurğuladı.

İmzalanma mərasiminin ardından BMU-nun nəzdində ağıllı lövhə, müvafiq sayda notbuk və digər zəruri ofis avadanlıqları ilə tam təchiz edilmiş 80 nəfərlik müasir "Kapital Bank otağı"nın açılış mərasimi keçirildi. Mərasimdə vaxtıilə BMU-da təhsil almış, bu gün isə "Kapital Bank"ın menecer heyətində yer alan şəxslər öz təsüratlarını bölüşdülər.

Xatırladaq ki, hər zaman təhsilə dəstək layihələri ilə gündəmə gələn "Kapital Bank" daha öncə Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texnologiya Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetlərində müasir texnoloji standartlara cavab verən “Kapital Bank” otaqlarının açılışını həyata keçirib.

Ölkənin I bankı olan "Kapital Bank" "PAŞA Holdinq" MMC-yə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və yaxud Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, "Birbank" kartı sifarişi üçün — https://kbl.az/prcrc.