Yeni 1 qəpikliklərə çəkilən xərclə bağlı rəsmi AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Azərbaycan Mərkəzi Bankı (AMB) mayın 20-də yenilənmiş 1 qəpiklik metal pul nişanlarını tədavülə buraxdığını elan etdi.
Redaktor.az xəbər verir ki, yenilənmiş 1 qəpiklik metal pul nişanının arxa tərəfində yeni dizayn elementləri kimi Azərbaycan Respublikasının Dövlət gerbi, eləcə də pul nişanının istehsal ili əks olunub. Digər dizayn elementləri və texniki parametrləri hazırda tədavüldə olan eyni nominallı metal pul nişanına müvafiq olaraq dəyişməz saxlanılıb.
Mərkəzi Bankdan bildirilib ki, milli pul nişanlarının istehsalı AMB-nin sifarişləri əsasında beynəlxalq istehsalçı şirkətlər tərəfindən həyata keçirilir. İstehsal xərcləri istehsal dövründən, həcmindən və digər faktorlardan asılı olaraq dəyişə bilir (apa).