Azərbaycanda valyuta satışı kəskin artıb

 12:33 30.05.2024     514

Bu ilin yanvar-may aylarında Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə keçirdiyi valyuta hərraclarında 3 milyard 17,8 milyon ABŞ dolları məbləğində satış olub.

Redaktor.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur.

Təkcə bu ay isə valyuta satışının məbləği 558,6 milyon dollar təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 2 dəfə çoxdur.