Bu quruma rəhbərlik Azərbaycana keçdi
Bundan sonra Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasına (CAATS) Azərbaycan rəhbərlik edəcək.
Redaktor.az xəbər verir ki, bununla bağlı qərar Şuranın iclasında qəbul olunub.
Qərara əsasən, Şuraya prezidentlik səlahiyyətləri Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Orucun timsalında Azərbaycana, vitse-prezidentlik səlahiyyətləri isə Türkiyə Qiymətləndirmə Mütəxəssisləri Birliyinin sədri Yaşar Bahçecinin şəxsində Türkiyəyə keçib.
İclasda həmçinin Şuranın gələcək fəaliyyət istiqamətləri barədə müzakirələr aparılıb.
Müzakirələrdə Şuraya üzv olan Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Şimali Kiprin qiymətləndirmə birliklərinin rəhbərləri və qiymətləndiricilər iştirak ediblər.