Bank kreditlərinə əlavə sığorta tarifi hesablanacaq
Banklar üç ay müddətində əməliyyat sistemlərini kreditlərin sığortalanmasına inteqrasiya edəcək.
Redaktor.az xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev deyib.
O bildirib ki, artıq bir neçə bank bu sistemə qoşulub:
"Hazırda istehlak kreditlərinin 95%-i həyat sığortası ilə təmin edilməyib. Bu baxımdan vətəndaşların kredit götürərkən və ya adi qaydada həyatının sığortalı olması baxımından faydalı olacaq".
Qeyd edilib ki, həyat sığortası tarifləri kredit faizlərindən əlavə qaydada müəyyən ediləcək. Orta hesabla həyat sığortası tarifi 1% hesablanacaq.