“Kapital Bank” səhmdarlarına dividend ödəyəcək

 09:54 06.06.2024     582

“Kapital Bank” ASC səhmdarlarına dividend ödəyəcək.

Redaktor.az bu barədə banka istinadən xəbər verir.

 

Məlumata görə, bununla bağlı iyulun 8-də bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Yığıncaqda 2023-cü ilin yekunlarına əsasən səhmdarlara dividend ödənilməsi, Bankın Müşahidə Şurasının sədri Rövşən Allahverdiyev və Müşahidə Şurasının üzvü Fərid Məmmədovla əmək müqaviləsinin bağlanması və digər məsələlər müzakirə ediləcək.

Vumart və Güvən reklamı Vumart Güvən