"Kapital Bank" 100 mln. manatlıq istiqrazların ilk tranşını həyata keçirdi
“Kapital Bank” 100 milyon həcmində bazara buraxılacaq manat istiqrazlarının 50 milyon manat həcminin yerləşdirilməsini həyata keçirib.
Redaktor.az xəbər verir ki, bunu “Kapital Bank”ın Xəzinədaarlıq departamentinin direktoru Fərid Əliyev sözügedən istiqrazların açılış zəngində deyib.
O bildirib ki, istiqrazlara tələb emissiya həcminin 2 mislindədədir. İstiqrazları brokerlər tərəfindən əldə etmək olar. Qısa zamanda istiqrazlar “Kapital Bank”ın filiallarında da təklif ediləcək.
O həmçinin əlavə edib ki, "Kapital Bank" artıq 35 milyon ABŞ dolları həcmində istiqraz buraxılışını uğurla tamamlayıb və yerləşdirmədə ümumi həcmin 82%-ə qədəri fiziki şəxslərin payına düşüb. Bu, fiziki şəxslərin maliyyə bazarına cəlb edilməsi istiqamətində uğurlu nəticədir.