“Meqa Sığorta” risklərin idarə olunması üzrə yeni komanda üzvlərini dəvət edir

 11:18 21.06.2024     434

“Meqa Sığorta” ASC Risklərin idarə olunması üzrə yeni komanda üzvlərini dəvət edir.

Vakansiya: Baş mütəxəssis.

Namizədlərə olan tələblər:

Təhsil:  Ali - İqtisadiyyat, Maliyyə və ya Riyaziyyat üzrə.

İş təcrübəsi: Risklərin idarə olunması sahəsində - 3 il

Müvafiq sahə üzrə qanunvericilik bilikləri.

Kompüter  bacarıqları: MS Office proqramlarından istifadə bacarığı, Pythonda işləmək bacarığı üstünlükdür.

Dil bilikləri: Azərbaycan dili,  İngilis dili: C 1 dərəcədə.

Riyazi, statistik biliklər. CFA və ya FRM sertifikatı arzuolunandır.

Şəxsi keyfiyyətlər və bacarıqlar:  Risk yönümlü düşüncə,  təhlil etmə, yazılı və şifahi kommunikasiya, komanda da işləmək bacarığı, operativlik,  intizamlılıq, dəqiqlik və məsuliyyət.

Əsas vəzifə öhdəlikləri:

Monitorinq - Maliyyə təşkilatları və təkrarsığorta şirkətlərinin reytinqlərinin nəzarətdə saxlanılması və onların mütəmadi yenilənməsində iştirak etmək.

Metodologiyaların hazrlanması - Maliyyə risklərinin idarə edilməsi ilə bağlı siyasət sənədlərinin, prosedur və metodologiyaların hazırlanması va yenilənməsində iştirak etmək.

Risklərin müəyyənləşdirilməsi - Mütəmadi olaraq risklərin qiymətləndirilməsində və onun nəticəsində risk xəritəsinin hazırlanmasında iştirak etmək.

Təhlil/Təklif - Şirkətin kapital adekvatlığı və stress-test modellərinin hazırlanmasında, tətbiq edilməsində və nəticələri ilə baglı təkliflərin verilməsində iştirak etmək.

Təhlil/Təklif – Maliyyə riskləri limitlərinin hesablanmasına dair təkliflərin verilməsi.

Risk İştahası Bəyənnamasi - Risk İştahası Bəyannaməsinin hazrlanmasında iştirak etmək.

Risklərin qiymətləndirilməsi - Risklərin qiymətləndirilməsi və idarə edilməsi məqsədilə digər departamentlərdan, elektron infomasiya sistemlərindən, eləcə də xarici mənbələrdən alınmış məlumatları təhlil etmək.

Risklərin qiymətləndirilməsi - Riyazi va statistik metodlardan istifadə etməklə maliyyə risklərinin qiymətləndirilməsi.

Dəstək - Maliyyə riskləri ilə bağlı șirkətin digər departamentlərinə məsləhətər vermək və metodoloji yardan göstərmək

Hesabatlıq - Müvafiq daxili hesabatların hazırlanmasında iştirak etmək

Vəzifə təlimatından irəli gələn digər işləri həyata keçirmək.

Əmək şəraitinin şərtləri:

Əmək haqqı: namizədin təcrübə və səriştəsinə uyğun olaraq müəyyən olunur. 

İş vaxtı: 09:00-dan 18:00 –dək olmaqla 5 günlük iş həftəsi.

Əsas məzuniyyət hüququ: 30 gün. Əlavə məzuniyyət hüququ: Qanunvericiliyə görə işçiyə düşən digər hüquq və imtiyazlarına uyğun verilir.  

Tibbi sığorta təminatı.

Fitnes mərkəzləri şəbəkəsindən istifadə etmək üçün Push30.az xidmətinə qoşula bilmək imkanı. 

“Meqa Sığorta” ASC-nin Təlim akademiyasında təlim almaq imkanı.

Zəhmət olmasa mövzu bölməsində “Baş mütəxəssis - Risklərin idarə olunması” qeyd etməklə CV-nizi  [email protected] e-mail ünvanına göndərin. Vakansiya tələblərinə  uyğun gələn namizədlər müsahibəyə dəvət olunacaqdır.