"Meqa Sığorta"dan vakansiya ELANI
“Meqa Sığorta” ASC Mühasibatlıq şöbəsinə yeni komanda üzvlərini dəvət edir.
Vakansiya: Kiçik mühasib.
Namizədə olan tələblər:
- Təhsil: Ali (Mühasibatlıq və Maliyyə ixtisası).
- Maliyyə üzrə beynəlxalq sertifikatlar (ACCA) – üstünlükdür.
- Vergi Məcəlləsini və Milli Mühasibat uçotu standartlarını üzrə biliklər.
- Dil bilikləri: Azərbaycan dili, İngilis dili - B2.
- Kompüter bacarıqları: MS Word və MS Excel – sərbəst istifadəçi. Elektron portallarla işləmək bacarığı.
- Şəxsi və işgüzar keyfiyyətləri: İnkişaf yönümlü, dəqiq, məsuliyyətli, operativ, təmkinli, analitik düşüncəli, yüksək səviyyədə yazılı və şifahi kommunikasiya bacarıqları ilə.
Əsas vəzifə öhdəlikləri:
- Mühasibat uçotu üzrə ilkin sənədlərin işlənməsi.
- Elektron qaimə-fakturaların tərtib edilməsi və göndərilməsi.
- Müştərilərlə üzləşmələrin həyata keçirilməsi və müvafiq aktların bağlanması.
- Bank hesablarıuyğun muxabirləşmələrin verilməsi.
- Əsas vəsaitlərin və inventarizasiya uçotunun aparılması.
- Xəstəlik vərəqəsinin hesablanması və ezamiyyənin hazırlanması.
- Vəzifə təlimatına uyğun digər işlərin yerinə yetirilməsi.
Əmək şəraitinin şərtləri:
Əmək haqqı: namizədin təcrübə və səriştəsinə uyğun olaraq 600 manatdan (vergilər nəzərə alınmaqla) başlayır.
İş vaxtı: 09:00-dan 18:00 –dək olmaqla 5 günlük iş həftəsi.
Əsas məzuniyyət hüququ: 30 gün. Əlavə məzuniyyət hüququ: Qanunvericiliyə görə işçiyə düşən digər hüquq və imtiyazlarına uyğun verilir.
Tibbi sığorta təminatı.
Fitnes mərkəzləri şəbəkəsindən istifadə etmək üçün Push30.az xidmətinə qoşula bilmək imkanı.
Zəhmət olmasa mövzu bölməsində “Kiçik mühasib” qeyd etməklə CV-nizi [email protected] e-mail ünvanına göndərin.
Vakansiya tələblərinə uyğun gələn namizədlər müsahibəyə dəvət olunacaqdır.