Azərbaycanda benzin BAHALAŞDI - QƏRAR

 20:36 30.06.2024     1906

Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında Tarif (qiymət) Şurasının 29 iyun 2024-cü il tarixində keçirilən növbəti iclasında Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının qiyməti tənzimlənib.

Bu barədə Redaktor.az-a Tarif Şurasından məlumat verilib.

Bildirilib ki, Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 10 qəpik artırılaraq 1,10 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 20 qəpik artırılaraq 1 manat müəyyən edilib.

Qərarlar 1 iyul 2024-cü il tarixindən qüvvəyə minəcək.