"Meqa Sığorta"dan vakansiya ELANI

 12:57 08.07.2024     460

Meqa Sığorta qrupunda yeni vakansiya:

Proqramlaşdırma şöbəsi - PHP Backend Developer

Vəzifə üzrə əsas tələblər:
- PHP ilə minimum 6 il iş təcrübəsi.
- Laravel ilə minimum 5 il iş təcrübəsi.
- Code Versioning Tools (Git) ilə iş təcrübəsi.

Bilməlidir:
- OOP və MVC prinsiplərini.
- PostgreSQL, MySQL, phpMyAdmin.
- HTML5/CSS3, Bootstrap, jQuery.

Bacarıqlar:
- (Soap, Rest) Web servislərlə işləmə bacarığı.
- Laravel ilə hazırlanmış 5 iş nümunəsini təqdim etməlidir.
- Alqoritm qurulması.
- Özgə kodlarda işləmə.

Şəxsi keyfiyyətlər:
- Operativlik
- Yeniklikçilik
- İnkişaf yönümlülük.
- Komanda ilə işləmək.

Əmək şəraitinin şərtləri:

- Əmək haqqı: namizədin təcrübə və səriştəsinə uyğun olaraq 2000 manatdan başlayır.

- İş vaxtı: həftənin 1-4 günləri - 09:00-dan 18:00–dək; Cümə günü 09:00-17:00-dək olmaqla 5 günlük iş həftəsi.

- Əsas məzuniyyət hüququ: 30 gün. Əlavə məzuniyyət hüququ: Qanunvericiliyə görə işçiyə düşən digər hüquq və imtiyazlarına uyğun verilir.   

- Tibbi sığorta təminatı.

- Karyera inkişafı imkanları.

- Fitnes mərkəzləri şəbəkəsindən istifadə etmək üçün Push30.az xidmətinə qoşula bilmək imkanı.  

Əmək haqqı namizədin səriştəlilik dərəcəsinə uyğun olaraq 2000 manatdan başlayır.

Vakansiya tələblərinə uyğun gələn namizədlər  CV-ni mövzuda  “PHP Backend Developer” qeyd etməklə

 [email protected] ünvanına göndərə bilər.

Vakansiya tələblərinə uyğun gələn namizədlərlə  əlaqə saxlanılacaq.