Azərbaycanın qızıl ehtiyatı 4 dəfə artdı

 17:59 09.07.2024     518

2017-ci ildə “Çovdar” qızıl yatağında hasilat işlərinə başlayan “AzerGold” QSC istismar işləri ilə paralel ətraf ərazilərdə - Daşkəsən və Göygöl rayonlarında əlavə kəşfiyyat işləri icra edib.

Redaktor.az xəbər verir ki, kəşf və tədqiq edilən yeni yataqların hesabına satılabilən qızıl ehtiyatı 179 min unsiyadan 778 min unsiyaya çatdırılıb.

Bununla da “Çovdar” və cinahlardakı yataqlar üzrə ümumi satılabilən qızıl ehtiyatı bazasının 4 dəfədən çox artırılmasına nail olunub.