Hindistan yenə Rusiya xammalının alışını AZALTDI
Hindistanın Rusiyadan almaz idxalının həcmi may ayında illik bazda 13% azalaraq 352 min karata çatıb.
Redaktor.az xəbər verir ki, bu barədə Respublika Ticarət və Sənaye Nazirliyi məlumat yayıb.
Bildirilib ki, pul ifadəsində tədarük 57% azalaraq 43 milyon dollar olub.
Hindistan ardıcıl ikinci aydır Rusiya xammalının alışını azaldır. Belə ki, ölkə aprel ayında Rusiya Federasiyasından 440 min karat idxal edib. Bu rəqəm 2023-cü ilin eyni dövründəkindən 57% azdır.
Eyni zamanda, ilk üç ayda Hindistan, əksinə, Rusiyadan almaz idxalını xeyli artırıb. Yanvar ayının nəticələrinə görə tədarüklər illik bazda 14% (400 min karat), fevralda 85% (1,81 milyon karat), martda isə 2,3 dəfə (728 min karat) artıb.
Sevinc İBRAHİMZADƏ