"SOCAR 2030-cu ilədək məişətdə yanacaqdan istifadəni sıfıra endirməyə çalışacaq" - Mustafa Qurbanlı
SOCAR-ın dekarbonizasiya proqramı 2050-ci ilə qədər emissiyaları xalis sıfıra çatdırmağı hədəfləyir.
Redaktor.az xəbər verir ki, bu sözləri SOCAR-ın Ətraf mühit ilə bağlı məlumatların açıqlanması və əlaqələrin idarə edilməsi departamentinin rəisi Mustafa Qurbanlı Milli Mətbuat Günü və “Əsrin müqaviləsi”nin 30 illiyi münasibətilə media nümayəndələri üçün SOCAR-ın Ekoloji parkına təşkil edilən media-tur zamanı deyib.
O bildirib ki, SOCAR-ın dekarbonizasiya proqramı emissiya göstəricilərinin tədqiqi, portfelin qiymətləndirilməsi və emissiyaların azaldılması ilə bağlı real hədəflərin araşdırılmasına əsaslanır.
“SOCAR 2030-cu ilədək məişətdə yanacaqdan istifadəni sıfıra endirməyə çalışacaq. Məqsədlərimizə çatmaq üçün SOCAR öz daxili imkanlarından - dekarbonizasiya, yeni bizneslərin fəaliyyətə başlaması və təşkilati transformasiya istifadə edir ”, - deyə o bildirib.
Onun sözlərinə görə, SOCAR-ın fəaliyyət göstərdiyi əsas coğrafiyalarda əməliyyatların tammiqyaslı dekarbonizasiyası proqramına artıq başlanılıb: “Aparıcı qlobal şirkətlərlə tərəfdaşlıq çərçivəsində yeni bizneslərin qurulması bərpaolunan enerji - günəş, külək, yaşıl hidrogen və Azərbaycanın spesifik ərazilərinin inkişafının dəstəklənməsi üçün yeni texnologiyalar tətbiq olunur”.