Azərbaycanda qaz kondensatının istehsalı ARTDI
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 2 726,68 min ton qaz kondensatı hasil edilib ki, bu da illik müqayisədə 7,4% çoxdur.
Dövlət Statistika Komitəsindən Redaktor.az-a verilən məlumata görə, hesabat dövründə Azərbaycanda istehsal edilən qaz kondensatının 2 722,79 tonu əmtəəlik məhsulun payına düşüb ki, bu da illik müqayisədə ,Ş1% artım deməkdir.
Xatırladaq ki, 2023-ci ildə Azərbaycanda 5 215,84 min ton qaz kondensatı hasil edilib, bu da illik müqayisədə 3,92% çoxdur. Ötən il Azərbaycanda istehsal edilən qaz kondensatının 5 190,25 tonu əmtəəlik məhsulun payına düşüb ki, bu da illik müqayisədə 4,06% artım deməkdir.