İki ölkə arasında tədarük artdı
Yanvar-may aylarında Qazaxıstandan Rusiyaya malların tədarükü illik əsasda 5,7% artaraq 2,8 milyard dollara çatıb.
Redaktor.az xəbər verir ki, bu barədə Qazaxıstan İqtisadiyyat Nazirliyinin İqtisadi Tədqiqatlar İnstitutu məlumat yayıb.
Rusiyadan respublikaya idxal beş ayda 10,1% azalıb. Bununla belə, Rusiya ölkənin ən böyük mal tədarükçüsü olaraq qalır.
Qazaxıstanın əsas ixrac tərəfdaşları arasında Rusiyadan başqa, Çin və İtaliya da seçilir. Bu dövrdə Qazaxıstan məhsullarının Çin bazarına tədarükü illik 19,4% artaraq 6,8 milyard dollara, İtaliyaya ixrac isə 10,5% azalaraq 4,6 milyard dollara çatıb.
Qazaxıstanın yanvar-may dövründə ümumi ixracatı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1,8 faiz artaraq 32,5 milyard dollara çatıb. İdxal isə yüzdə 7,2 azalaraq 22,9 milyard dollar olub.
Sevinc İBRAHİMZADƏ