Ukrayna bu sahənin inkişafı üçün kredit alacaq
Ukraynanın dövlət şirkəti "Energoatom" nüvə sənayesinin inkişafı üçün 181 milyon lirə kredit alacaq.
Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Energetika Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, kredit Britaniya hökumətinin zəmanəti ilə “Energoatom”a beş il müddətinə verilib. Alınan vəsait uranın zənginləşdirilməsi ilə məşğul olan Böyük Britaniyanın "Urenco" şirkətindən nüvə yanacağının alınmasına sərf olunacaq.
Sevinc İBRAHİMZADƏ