"Alkoqol və tütün məhsullarını ixrac etmək daha faydalıdır" - Deputat

 10:42 25.07.2024     390

Bu ilin ilk yarısında içkilər və tütün məmulatlarının alınmasına 1 milyard 259 milyon manat xərclənib.

Redaktor.az xəbər verir ki, bunu iqtisadçı millət vəkili Vüqar Bayramov deyib.

"Bu o deməkdir ki, vətəndaşlarımızın xərclədiyi hər 100 mantdan 5 manatı içkilər və tütün məmulatlarının alınmasına yönəldilir. Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda spirtli içki istehlakının növbəti illərdə artacağını proqnozlaşdırır. Adambaşına istehlak indi 2.0 litr olduğu halda, bunun gələn il 2.5, 2030-cü ildə isə 3.9 litr olacağı gözlənilir və istehlak artdıqca isə xərc də çoxalır", - millət vəkili qeyd edib.

O vurğulayıb ki, spirtli içkilər və tütün məhsullarının istehlakını azaltmaqla həm qənaət etmək, həm də daha sağlam olmaq mümkündür. Ona görə də, alkoqol və tütün məhsullarını istehlak etməkdənsə, ixrac etmək daha faydalıdır.

Sevinc İBRAHİMZADƏ