"Bankın bağlanmasının müştərilərə xüsusi mənfi təsirləri olmur" - Ekspert

 15:19 26.07.2024     502

Xəbər verdiyimiz kimi, Azərbaycanda daha bir bank bağlanıb. Belə ki, Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə "Naxçıvan Bank" ASC-nin müraciəti əsasında onun lisenziyası ləğv edilib, bankın bazasında yaradılmış "E-Kredit" MMC bank olmayan kredit təşkilatına (BOKT) lisenziya verilib.

Bəs banklar niyə bağlanır? Bunun əmanətçilərə hansı mənfi təsirləri olur?

İqtisadçı ekspert Əli Əhmədov Redaktor.az-a açıqlamasında bildirdi ki, hazırda Azərbaycanda bağlanılası bank yoxdur.

Onun sözlərinə görə, bankın bağlanmasının müştərilərə xüsusi mənfi təsirləri olmur.

"Çünki Əmanətlərin Sığortalanması Fondu və bu mexanizm yaxşı işləyir. Yəni əvvəllər bank bağlananda onun pulundan aktivləri satıb ödəyirdilər. İndi isə dövlət özü bunu ödəyir, sonra isə bankın aktivlərini satıb həmin pulu yerinə qoyurlar. Kim ki, əmanətini qayda-qanuna uyğun banka qoyub və sığortalayıbsa, onlarda heç bir problem olmur", - deyə Ə.Əhmədov qeyd etdi.

Sevinc İBRAHİMZADƏ