Neft UCUZLAŞDI
Yaxın Şərqdəki gərginliyi azalda biləcək Qəzzada atəşkəs razılaşmasına dair ümidlər neft qiymətlərini ucuzlaşdırıb.
Redaktor.az xəbər verir ki, "Brent" markalı neftin sentyabr müqaviləsində bir barelin qiyməti 1,24 dollar və ya 1,5% ucuzlaşaraq 81,13 dollar olub.
"WTI" markalı neftin sentyabr müqaviləsində bir barelin dəyəri isə 1,12 dollar və ya 1,4% azalaraq 77,16 dollar olub.