Bu ölkədə inflyasiya gözləntiləri ÜSTƏLƏDİ

 16:56 30.07.2024     328

Almaniyada illik inflyasiya iyulda 2,3 faizlə gözləntiləri üstələyib.

Redaktor.az xəbər verir ki, Almaniya Federal Statistika İdarəsi iyul ayı üçün qiymət artımı ilə bağlı ilkin məlumatları açıqlayıb.

Almaniyada iyun ayında yüzdə 2,2 olan illik inflyasiya, iyul ayında yüzdə 2,3 olaraq hesablanıb. Gözləntilər inflyasiyanın 2,2 faiz səviyyəsində qalacağı idi. İstehlak Qiymətləri İndeksi (TÜFE) aylıq bazda yüzdə 0,3 artıb.

Enerji və ərzaq qiymətləri nəzərə alınmadan illik inflyasiya iyulda 2,9 faiz təşkil edib.

Sevinc İBRAHİMZADƏ