"Bitcoin" UCUZLAŞDI

 12:38 02.08.2024     573

"Bitcoin" də daxil olmaqla qlobal kriptovalyuta bazarının dəyəri 24 saat ərzində 4,2 faiz azalaraq 2 trilyon 290 milyard dollara düşüb.

Redaktor.az xəbər verir ki, Beyrut və Tehrandakı hücumlar nəticəsində Yaxın Şərqdə artan gərginlik investorların kripto pul kimi riskli aktivləri satmasına səbəb olub.

Qeyd edilib ki, ötən gün siyasət faizini 23 ilin ən yüksək səviyyəsi olan 5,25-5,50 faizdə sabit saxlayan ABŞ Federal Ehtiyat Sisteminin (FED) qısamüddətli addımları kriptovalyuta bazarının gedişinə də təsir edəcək.

Məlumata görə, son 24 saatda təxminən 4,3 faiz ucuzlaşan "Bitcoin" 63 min 540 dollar səviyyəsinə düşüb.

Bazar dəyərinə görə ikinci sırada olan "Ethereum", son 24 saatda yüzdə 5,5 dəyər itirərək 3 min 130 dollara düşüb.

Sevinc İBRAHİMZADƏ