Yaponiya fond bazarı dəyərini İTİRİR

 10:37 05.08.2024     355

Yaponiya fond bazarı 1987-ci ildən bəri ən böyük itkilərə məruz qalıb.

Redaktor.az xəbər verir ki, bu barədə "ria novosti" məlumat yayıb.

Belə ki, Yaponiyanın 225 ən böyük şirkətinin (o cümlədən Honda, Mazda, Mitsubishi, Nissan, Panasonic Nintendo) səhmlərinin daxil olduğu "Nikkei" fond indeksi ABŞ-də artan işsizlik səbəbindən 10% dəyər itirib.

Qeyd edək ki, Amerika statistikasından sonra Asiya-Sakit Okean regionunda digər əsas fond indeksləri də azalmaqdadır.

Sevinc İBRAHİMZADƏ