İnsanlar ən çox hansı banklardan istehlak krediti alır? – Tam siyahı

 09:34 07.08.2024     477

Bu ilin ilk yarısının yekununa olan məlumata görə, Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən 7 milyard 634 milyon manat istehlak krediti verilib.

Redaktor.az xəbər verir ki, ən çox istehlak krediti verən bank “Kapital Bank” olub. Belə ki, bu bank sözügedən müddətdə 2 milyard 562,4 milyon manat istehlak krediti verib və bu göstərici son 3 ayda 5,8% artıb.

Ən az istehlak krediti verən bank isə İran Milli Bankının Bakı fililalı olub. Bu bank cəmi 4,1 milyon manat istehlak krediti ayırıb.

Qeyd edək ki, son 3 ayda istehlak kreditlərini ən çox artıran bank “Azər Türk Bank” olub. Bu bankın istehlak kreditləri son 3 ayda 12,3% artıb. İstehlak kreditləri ən çox azalan bank isə “Premium Bank” olub. Bu bankın istehlak kreditləri son 3 ayda 19,9% azalıb. (yeniavaz.com)

Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən verilən istehlak kreditləri aşağıdakı kimi olub: