Banka və ya BOKT-a borcunuz varsa...

 16:38 14.08.2024     407

Son vaxtlarda bank olmayan kredit təşkilatlarının (BOKT) sayı çoxalıb. BOKT-un hüquqi və fiziki şəxslərdən əmanət cəlb etməsi qadağandır. Lakin BOKT-lar sadə şərtlərlə istənilən vətəndaşa kredit təklif edə bilirlər. Bəs vətəndaş bu təşkilata olan borcunu ödəyə bilmədikdə onu nə gözləyir?

İqtisadçı ekspert Eldəniz Əmirov Redaktor.az-a açıqlamasında bildirdi ki, bank və bank olmayan kredit təşkilatları bir-birindən ciddi şəkildə fərqlənir:

"Bunların əsas oxşar tərəfləri bilavasitə hər iki təşkilatın vətəndaşa kredit verməsidir. Onlar istənilən subyektlərə kredit təklif edə bilərlər. Sadəcə BOKT-un funksionallığı azdır və idarə olunması daha rahatdır, eyni zamanda konket istiqamətləri var. Banklar isə daha geniş profillidir. Kreditin verilməsi, depozitin, əmanətin qəbul edilməsi, müxtəliif bank xidmətlərinin göstərilməsi, hesablar üzərində əməliyyatların aparılması və s. kimi məsələlər bankların daha çox profilli olmasından irəli gəlir. Bütün hallarda BOKT-ların vətəndaşlara istər limitlə, istərsə də limitsiz şərtlərlə kredit təklif etməsi təbii haldır və bank olmayan kredit təşkilatlarının görməli olduğu işdir". 

İqtisadçı qeyd etdi ki, vətəndaş əgər bank olmayan kredit təşkilatından kredit götürübsə, onun məsuliyyəti bankdakı kimidir. Hər bir halda vətəndaşın götürdüyü kredit məbləğini qaytarmaq öhdəliyi var.

Sevinc İBRAHİMZADƏ