Gürcüstana pul köçürmələrinin həcmi AZALDI

 15:40 15.08.2024     473

Bu ilin ilk 7 ayında Rusiyadan Gürcüstana pul köçürmələrinin həcmi illik hesablamada 69% azalaraq 367,3 milyon dollara düşüb.

Redaktor.az xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Bankının məlumatlarında qeyd olunub.

Eyni zamanda, belə təsiredici azalmaya baxmayaraq, Rusiya hələ də respublikaya köçürmələrin sayına görə lider olaraq qalır. İkinci yerdə isə İtaliyadır. Yanvar-iyul aylarının nəticələrinə görə, bu Avropa ölkəsindən Gürcüstana 324,7 milyon dollar (+25,6%) köçürülüb. İlk üçlüyü 316,8 milyon dollarla (+27,7%) ABŞ tamamlayır.

Bu müddət ərzində Gürcüstan digər ölkələrdən ümumilikdə 2 milyard dollara yaxın vəsait alıb. Ötən illə müqayisədə bu göstərici 27 faiz azalıb.

Sevinc İBRAHİMZADƏ