Azərbaycan qonşu ölkələrə yük avtomobilləri ixrac EDƏCƏK

 11:23 16.08.2024     345

Azərbaycanda istehsal olunacaq "Iveco" markalı yük avtomobilləri Rusiya, Gürcüstana, İran və Türkmənistana ixrac ediləcək.

Redaktor.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti, avtomobillərin gələcək istehsalçısı "Az-Tex-Import" MMC-nin təsisçisi Samir İbadullayev bildirib.

Onun sözlərinə görə, il ərzində 100 ədəd yüngül, orta və ağır tonnajlı yük avtomobillərinin istehsal ediləcəyi müəssisəsində tikinti işləri yekunlaşmaq üzrədir:

"Yaxın aylarda müəssisədə avadanlıqların quraşdırılmasına başlanılacaq. 90 nəfərin daimi işlə təmin ediləcəyi müəssisənin investisiya dəyəri 19,2 milyon manatdır, bunun 6 milyon manatdan çoxu artıq xərclənib", - deyə iş adamı qeyd edib.