Avropada müflisləşən şirkətlərin sayı artdı

 10:00 20.08.2024     405

Aprel-iyun nəticələrinə görə, Avropa İttifaqında müflis olmuş şirkətlərin sayı birinci rüblə müqayisədə 3,1 faiz artıb.

Redaktor.az xəbər verir ki, bunu Eurostat məlumatları sübut edir.

Müflisləşən şirkətlərin sayında ən çox artım tikinti sektorunda qeydə alınıb. Bu regionda 3 ayda müflislərin sayı 3,8% artıb. Aİ-də eyni dövrdə maliyyə sektorunda (+2,6%), ticarətdə (+2,4%) və sənayedə (+1,6%) müflisləşən şirkətlərin sayında artım müşahidə olunub.

Bununla yanaşı, bəzi sektorlarda müflisləşmələrin sayı, əksinə, azalıb. Belə ki, ikinci rübdə informasiya və rabitə sektorunda müflis olmuş şirkətlərin sayı 4,8 faiz, nəqliyyat sektorunda 1,6 faiz, otel və ictimai iaşə sektorunda 1,1 faiz, təhsil və rabitə sektorunda 1,1 faiz müflis olmuş şirkətlərin sayı azalıb.

Aİ-də yeni biznes qeydiyyatlarının sayı yanvar-mart ayları ilə müqayisədə ikinci rübdə 2,1% azalıb.

Sevinc İBRAHİMZADƏ