İcra Hakimiyyətinin 328 min manatlıq tenderi ləğv edildi

 10:47 20.08.2024     454

Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən keçirilən tender müsabiqəsinin nəticəsi ləğv olunub.

Redaktor.az xəbər verir ki, müsabiqənin nəticəsi İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 12 avqust 2024-cü il tarixli AİBNDX/SQ-6597/2024 saylı məktubuna əsasən ləğv olunub.

Bildirilir ki, İcra Hakimiyyəti Sumqayıt şəhərinin 75 illiyi ilə bağlı bayram tədbirlərinin təşkili, keçirilməsi və iştirak xərcləri ilə bağlı tender müsabiqəsi (Açıq tender) elan edib. Tender müsabiqəsinin ehtimal olunan qiyməti 328 min 209 manat 92 qəpik olub. (yeniavaz.com)